Bidzina İvanişvili - Ölkəmizi nəhayət sakitləşdirməyimiz, casusluğa, radikalizmə, qütbləşməyə son qoymağımız zəruridir, bundan sonra da biz sürətli templə irəliləməyə davam edəcəyik
Ölkəmizi nəhayət sakitləşdirməyimiz, casusluğa, radikalizmə, qütbləşməyə son qoymağımız zəruridir, bundan sonra da biz sürətli templə irəliləməyə və inkişaf etməyə davam edəcəyik-bu haqda “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili deyib.
İvanişvilinin sözlərinə əsasən, “Gürcüstanın bu gün ölkəni qurban vermək riskinə getmək lüksü yoxdur”.
“Bircə yanlış addım atmaq kifayətdir və Yeni il üçün ənənəvi atəşfəşanlıq əvəzinə Lomcarianın atəşfəşanlığını alacağıq”-Bidzina İvanişvili bildirib.
Bidzina İvanişvilinin qeyd etdiyi kimi, son illərdə Gürcüstana misli görünməmiş təzyiq ikinci cəbhənin lobbi fəaliyyətinin nəticəsidir.
“Bir daha heç vaxt belə kritik seçimlə üzləşməmək üçün ölkəmizi nəhayət sakitləşdirməyimiz, casusluğa, radikalizmə, qütbləşməyə son qoymağımız zəruridir, bundan sonra da biz sürətli templə irəliləməyə və inkişaf etməyə davam edəcəyik. Təəssüflər olsun ki, konkret qüvvələr yenə də ikinci cəbhə haqqında düşünməkdən əl çəkmirlər, bu da onların hesablamalarına görə, birinci cəbhədəki çətin vəziyyəti dəyişdirməlidir. Gürcüstana bir neçə ildir edilən və Ukraynada müharibə başlayandan bəri xüsusilə aktivləşən misli görünməmiş təzyiq məhz ikinci cəbhənin lobbi fəaliyyətinin nəticəsidir. Qlobal Müharibə Partiyası hazırkı Amerika və Avropa bürokratiyasına əhəmiyyətli təsirdən faydalanır, bu da gürcü cəmiyyətində belə bir qavrayış yaradır ki, Gürcüstan Amerika dövləti və Avropa İttifaqı ilə münaqişə yaşayır, hərçənd Ukraynada müharibə bitən kimi maraqlar dəyişəcək və bu qavrayış da dərhal yox olacaq”- İvanişvili bildirib.