Bidzina İvanişvili - Cəza və sanksiya əks nəticə verdi, o işə yaramadı və yaramayacaq da, cəmiyyət yanlış və çox vaxt obyektivlikdən kənara çıxan bəyanatlardan daha çox qıcıqlanır
Bidzina İvanişvili - Cəza və sanksiya əks nəticə verdi, o işə yaramadı və yaramayacaq da, cəmiyyət yanlış və çox vaxt obyektivlikdən kənara çıxan bəyanatlardan daha çox qıcıqlanır

Bəyanatlar daha çox şantaj ehtiva edir və indiki müxalifətimizin sahibləri olan “Qlobal Müharibə Partiyası” dediyimiz təşkilat tərəfindən koordinasiya edilir; Düşünürəm ki, şantaj heç bir nəticə vermədi, əksinə, bölgələrə gedəndə gördüyüm səfərbərlik daha böyükdür, ictimaiyyət xəbərdardır”, – bu barədə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili “İmedi” telekanalına müsahibəsində bildirib.

Onun qeyd etdiyi kimi, düzgün olmayan və qeyri-obyektiv bəyanatlar ictimaiyyəti qıcıqlandırır. Həmçinin, cəza və sanksiyalar əks nəticə verdi. İvanişvilinin bildirdiyinə görə, bu işləmədi və işləməyəcəkdə.

“Cəmiyyət düzgün olmayan və çox vaxt obyektivlikdən kənara çıxan bu cür bəyanatlarla daha çox qıcıqlanır. Bu işləmədi və işləməyəcəkdə. Onların istədikləri, məncə, əks nəticə verdi. Cəza və sanksiyaya gəlincə, məncə, bu etdikləri də əks nəticə verdi və işləmədi, işləməyəcək və işəyə bilməyəcək də. Biz bundan sonra da gözləyirik, yoxsa yox? Şəxsən mən artıq gözləmirəm. Məncə, nəyi bacarmaq istəyirdilərsə və nə istəyirdilərsə, etdilər, tükəndilər, işləmədi. Mən ictimaiyyətə tam əminliklə deyirəm ki, bütün günü, 24 saat bununla məşğulam, bölgələri və şəhəri yaxşı tanıyıram, hər şey elementar səbəbdən əks nəticə verdi, çünki bu, qeyri-obyektiv məlumata əsaslanan hər cür şantaj idi”՞- Bidzina İvanişvili bildirib.