Bidzina İvanişvili gürcü olimpiya iştirakçılarını Paris Olimpiadasında nail olduqları böyük uğur münasibətilə təbrik edir
“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili gürcü olimpiya iştirakçılarını Paris Olimpiadasında nail olduqları böyük uğur münasibətilə təbrik edir.
“Fəxrimiz olan cüdoçularımız – Tato Qriqalaşvili, Laşa Bekauri və İlia Sulamanidzeni Olimpiadada nail olduqları böyük uğur münasibətilə təbrik edirəm.
24 yaşlı Tato Qriqalaşvili artıq üçqat dünya çempionu, üçqat Avropa çempionu və olimpiya vitse-çempionudur. Tato üçün hər şey irəlidədir və əminəm ki, sonrakı Olimpiadada olimpiya çempionu da olacaq.
Laşa Bekauri 24 yaşında artıq gürcü cüdosunun və ümumilikdə gürcü idmanının əfsanəsidir. Əminəm ki, Laşa üç il əvvəl verdiyi vədi sonadək yerinə yetirəcək və 4 ildən sonra üçüncü olimpiya qızılını da qazanacaq.
23 yaşlı İlia Sulamanidze ilk Olimpiya Oyunlarındaca ən böyük uğura nail oldu, onun özü gümüş medal qazandı, Gürcüstanın Olimpiya komandasına isə üçüncü medalı qazandırdı. İliani da irəlidə sonrakı Olimpiya Oyunları da daxil olmaqla daha böyük qələbələr gözləyir.
Olimpiya iştirakçılarımıza uğurlar arzulayıram. Əminəm ki, qarşıda bizi daha çox qələbələr gözləyir” – təbrik məktubunda deyilir.
“Gürcü Arzusu”nun mətbuat xidməti izah edir ki, partiyanın fəxri sədrinin iki həftə əvvəl təsdiqlənmiş koronavirusu ağırlaşıb və bu vaxtadək müalicə kursundan keçir, bu səbəbdən təbrik məktubunun dərci gecikib. Hazırda Bidzina İvanişvilinin səhhəti qənaətbəxşdir.