Bidzina İvanişvili - "Gürcü Arzusu"nun parlamentdə növbəti dəfə mandatların çoxunu qazanacağına şübhə yoxdur, lakin bizim seçkilərdə konstitusiya çoxluğuna bərabər qələbəyə ehtiyacımız var
Bidzina İvanişvili - "Gürcü Arzusu"nun parlamentdə növbəti dəfə mandatların çoxunu qazanacağına şübhə yoxdur, lakin bizim seçkilərdə konstitusiya çoxluğuna bərabər qələbəyə ehtiyacımız var

 
“Gürcü Arzusu”nun Gürcüstan Parlamentində növbəti dəfə mandatların çoxunu qazanacağına şübhə yoxdur, lakin bizim seçkilərdə konstitusiya çoxluğuna bərabər qələbəyə ehtiyacımız var-bu haqda “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili deyib.

İvanişvili, Gürcüstanın dinc inkişafı və iqtisadi tərəqqini dönməz şəkildə davam etdirməli olduğunu bildirib.

“Gürcüstan əhalisinin 26 oktyabr seçkilərini də səhvsiz keçirəcəyinə və “Gürcü Arzusu”nun Gürcüstan Parlamentində növbəti dəfə mandatların çoxunu qazanacağına şübhə yoxdur, lakin bu halda da bu, kifayət deyil. Gürcüstanda müharibə partiyasına, casusluğa, radikalizmə, qütbləşməyə və liberal faşizmə nəhayət son qoymaq, Gürcüstanın dinc inkişafı, iqtisadi tərəqqini dönməz şəkildə davam etdirməsi və ölkənin Avropa İttifaqına qoşulması üçün zəruri şərt olan Avropa standartlarında rifaha nail olması üçün olduqca möhkəm, konstitusiya çoxluğuna bərabər qələbəyə ehtiyacımız var”-deyə Bidzina İvanişvili bildirib.

“Gürcü Arzusu” partiyası bu gün rəsmi olaraq seçki kampaniyasının və yeni mərkəzi ofisinin açılışını etdi.