Bidzina İvanişvili - “Gürcü Arzusu” dünyanın inkişaf etmiş, demokratik, qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutmaq üçün çətin yolda Gürcüstanı layiqli şəkildə apara biləcək
Tərəqqiyə və vəziyyətin keyfiyyətcə yaxşılaşmasına baxmayaraq, əlbəttə ki, yaxşı başa düşürük ki, bizim xalqımızın və ölkənin rifahını təmin etmək üçün irəlidə ağır iş gözləyir, ama siz heç nədən qorxmamalısınız, – bu barədə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili Tbilisidə keçirilən “Gürcü Arzusu”nun seçki kampaniyasının yekun tədbirində bildirib.
İvanişvilinin dediyinə görə, gürcü dövlətini inkişaf etmiş, zəngin, demokratik, dünyanın qabaqcıl ölkələri sırasında öz yerini tutması üçün Gürcüstanı bu çətin yolda layiqincə apara bilən, ölkədə yeganə məsul siyasi qüvvə “Gürcü Arzusu”dur.
“Nə olar ki kiçik ölkəyik və təbii sərvətlərlə zəngin deyilik, bizim sərvətimiz bizim xalqımız, bizim zəhmətimiz və o heyrətamiz əzmkarlığımızdır, Davuda Calutu məğlub etirər.Ölkəmizin əhalisi ilə, gürcü xalqı ilə ölkənin yeganə məsul siyasi qüvvəsi olan “Gürcü Arzusu” inkişaf etmiş, zəngin, demokratik dünyanın qabaqcıl ölkələri sırasında bizə aid olan yeri tutmaq üçün bu çətin yolda Gürcüstanı layiqincə apara biləcəkdir. Hərçənd, ölkəmiz üçün hər şeyi müəyyən edən və şərtləndirən, fundamental əhəmiyyət kəsb edən bir məsələ var.
Sülhün qiymətinin nə olduğunu, ölkəmizin tarixi, o cümlədən ən yaxın keçmişi bizə yaxşı öyrətdi. Hər şeyi bir kənara qoysaq, üç onillik əvvəl gürcülərin şəhərin mərkəzində bir-birini güllələdiyi Tbilisiyə sülhün qiyməti birbaşa öyrədilmir. 90-cı illərin hərbi münaqişələrini və “Milli Hərəkatın” ölkənin başına gətirdiyi 2008-ci ilin faciəsi barədə heç nə demirəm.
Və bu, “Milli Hərəkat” rejimi ilə 2012-ci ilin oktyabrın 1-də doğulan Gürcüstan arasında daha bir fundamental fərqdir – “Gürcü Arzusu” praktiki olaraq qeyri-mümkün olanı bacardı və ən çətin geosiyasi vəziyyətdə, bölgədə davam edən hərbi qarşıdurmaların fonunda Gürcüstana çoxdan gözlənilən sülhü gətirdi.
Hakimiyyət baxımından və düzgün düşünən istənilən insan bizimlə razılaşar ki, bölgədə davam edən hərbi münaqişələr fonunda Gürcüstanın üzləşdiyi çətinlikləri nəzərə alaraq, sülhün qorunub-saxlanması ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Bu da olmasa, ölkənin inkişafı yalnız və yalnız sülh şəraitində mümkündür və bunu “Gürcü Arzusu” hökumətinin bu 12 illik fasiləsiz sülhdə əldə etdiyi uğur sübut edir”, – deyə Bidzina İvanişvili bildirib.