Beynəlxalq Valyuta Fondu - Gürcüstan, artan daxili və geosiyasi qeyri-müəyyənlik fonunda güclü artım, hədəf səviyyəyə yaxın inflyasiya və orta səviyyəli borc ilə əla dayanıqlılıq nümayiş etdirib
Beynəlxalq Valyuta Fondu (BVF) Gürcüstanla 2025-ci il üzrə dördüncü maddə məsləhətləşmələrini başa çatdırıb.
Beynəlxalq Valyuta Fondunun yekun rəyinə görə, Gürcüstan artan daxili və geosiyasi qeyri-müəyyənlik fonunda güclü artım, hədəf səviyyəyə yaxın inflyasiya və orta səviyyəli borc ilə əla dayanıqlılıq nümayiş etdirib.
Təşkilatın qiymətləndirməsinə əsasən, artım tempinin potensial səviyyəyə qədər yavaşlayacağı gözlənilir, çünki daxili tələbat yavaşlayır, inflyasiya və dövlət borcu isə məqbul monetar və fiskal siyasətin davam etdirilməsi şəraitində sabit qalacaq.
Beynəlxalq Valyuta Fondunun bəyanatına əsasən, güclü, inklüziv və iş yerlərinin yaradılması imkanına malik olan artımın qorunub saxlanması ehtiyat bufərlərinin əlavə yaradılmasını, Mərkəzi Bankın və dövlət müəssisələrinin idarəetməsinin gücləndirilməsini, eləcə də iş bazarının nəticələrinin yaxşılaşdırılması və iqtisadi imkanların genişləndirilməsi məqsədilə struktur islahatların irəli çəkilməsini tələb edəcək.
Beynəlxalq Valyuta Fondunun hesabatına görə, Gürcüstan bir çox idarəetmə göstəriciləri üzrə bəzi digər ölkələrdən üsttün olsa da, son vaxtlar müşahidə olunan geriləmə məhkəmə müstəqilliyinin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə bürosunun möhkəmləndirilməsi və əmlak bəyanatı islahatlarının effektiv icrasının təmin olunmasının zəruriliyini vurğulayır.
Beynəlxalq Valyuta Fondu əsas prioritetlər kimi yüksək struktur işsizliyinin, kənd təsərrüfatının aşağı məhsuldarlığının və ixtisas çatışmazlığının peşəkar hazırlıq, müəllimlərin keyfiyyətinin yaxşılaşdırılması və kənd təsərrüfatına hədəfli dəstək yolu ilə aradan qaldırılmasını göstərir.