Beynəlxalq Qırmızı Xaç Komitəsi “HƏMAS”ın dörd girovun cəsədini İsrailə təhvil verdiyini bildirir
Beynəlxalq Qırmızı Xaç Komitəsi “HƏMAS”ın dörd girovun cəsədini İsrailə təhvil verdiyini bildirir

“HƏMAS” dörd girovun cəsədini İsrailə təhvil verib. Məlumatı İsrail Müdafiə Qüvvələri təsdiqləyib. Cəsədlər ekspertiza üçün tibb müəssisəsinə aparılacaq.

Beynəlxalq Qırmızı Xaç Komitəsi cəsədlərin artıq İsrail tərəfinə təhvil verildiyini bildirir.

“Beynəlxalq Qırmızı Xaç Komitəsi həlak olan dörd girovun cəsədini də İsrail hakimiyyətinə təhvil verib”, – bəyanatda deyilib.