Beynəlxalq Notariat İttifaqının prezidenti ilə Notariat Palatasının sədri arasında ikitərəfli görüş keçirilib
Beynəlxalq Notariat İttifaqının prezidenti və Notariat Palatasının sədri arasında ikitərəfli görüş keçirilib. Bu barədə Gürcüstan Notariat Palatası məlumat yayır.
Onların məlumatına görə, görüşdə tərəflər elektron notariat xidmətlərinin inkişafı və innovativ texnologiyaların tətbiqi məsələlərini müzakirə ediblər. Gənc notariusların peşəkar inkişafı sahəsində xarici təcrübənin bölüşdürülməsinə xüsusi diqqət yetirilib.
“Ekaterine Nandoşvili həmçinin Notariat Palatasının davam edən layihələri, o cümlədən notariatların elektron reyestrinin yenilənməsi və notariat arxivinin rəqəmsallaşdırılması barədə danışıb.
Görüşdə Avropa İşləri Komissiyasının sədri Valentina Rubertel, Beynəlxalq Notariat Əməkdaşlıq Komissiyasının prezidenti Tyeri Vaçon, İttifaqın direktoru Elena Bevilakua və İttifaq Bürosunun üzvləri iştirak ediblər.