Beynəlxalq müşahidəçi, Macarıstan Milli Assambleyasının xarici siyasət üzrə müşaviri - hüquqi çərçivəni, seçki komissiyasının hazırlığını yoxladıq, hər şey qaydasındadır, seçkilərin dinc keçəcəyinə ümid edirik
Beynəlxalq müşahidəçi, Macarıstan Milli Assambleyasının xarici siyasət üzrə müşaviri - hüquqi çərçivəni, seçki komissiyasının hazırlığını yoxladıq, hər şey qaydasındadır, seçkilərin dinc keçəcəyinə ümid edirik

“Hüquqi çərçivəni, seçki komissiyasının hazırlığını yoxladıq, hər şey qaydasındadır”, – bu barədə Beynəlxalq müşahidəçi, Macarıstan Milli Assambleyasının xarici siyasət üzrə müşaviri Norbert Revai-Bere bildirib.

Onun dediyinə görə, Mərkəzi Seçki Komissiyasının yaxşı hazırlandığı görünür.

“Seçkilər demokratiyanın bayramıdır. İndiyədək seçkilərin müşahidəsinin müxtəlif mərhələlərini yaşamışıq. Hüquqi çərçivəni və seçki komissiyasının hazırlığını yoxladıq və deməliyəm ki, hər şey qaydasındadır. Görünür ki, sizdə uyğun hüquqi çərçivə var, həmçinin çox yaxşı hazırlanmış seçki komissiyası və seçki məntəqələri mövcuddur. Beləliklə, demokratik və sakit seçkilər gözləyirik. Bizim Macarıstandan beş nəfərlik nümayəndə heyətimiz var və bir çoxları digər ölkələrdən gəlib. Hamısı müxtəlif yerlərdə seçkiləri müşahidə edəcək. Biz Macarıstanda beynəlxalq müşahidəçilərin olmasını da təqdir edirik, bu normal prosedurdur. Bu, təkcə iştirak etmək və müşahidə deyil, biz demokratik prosedurları necə həyata keçirdiyimizi də bir-birimizdən öyrənirik. Seçkilərdə 12 siyasi partiyanın iştirak etdiyini bilirik. Həmçinin iki partiya iştirak etməkdən imtina edib ki, bu da onların demokratik hüququdur. Ümid edirik ki, heç kim digər vətəndaşların — seçkilərdə iştirak etmək istəyənlərin — demokratik hüququnu həyata keçirməsinə qarşı çıxmayacaq və onlar bu prosesin sakit şəkildə bir hissəsi ola biləcəklər”, – Norbert Revai-Bere bildirib.