Beynəlxalq Enerji Agentliyi Aİ ölkələrinə təbii qazdan qənaətlə istifadə etməyi tövsiyə edir
Aİ ölkələrinə təbii qazdan qənaətlə istifadə etmək tövsiyə olunur. Bu barədə Beynəlxalq Enerji Agentliyinin rübdə bir dəfə dərc olunan hesabatında deyilir.
Sənəddə qeyd olunduğu üzrə, Avropa İttifaqında təbii qaz istehlakını 9-13 faiz azaltmalıdırlar ki, 2022-ci ilin noyabrında Rusiyanın Avropaya qazı tamamilə kəsəcəyi halda, anbarlardakı qaz ehtiyatları tükənməsin.
Agentliyin hesablamalarına əsasən, Aİ ölkələri təbii qaz istehlakını 13 faiz azalda bilsələr, o zaman anbarlardakı təbii qaz ehtiyatlarının səviyyəsini 33 faiz səviyyəsində saxlayacaqlar. Hadisələrin belə inkişafı ssenarisi maye qazın tədarükünün azaldılmasını da həmçinin nəzərdə tutur.
Bununla yanaşı, Beynəlxalq Enerji Agentliyində bildirirlər ki, yanvar-avqust aylarında Avropada qaza tələbat təxminən 10 faiz azalıb.
Rusiyadan təbii qaz təchizatının dayandırılması fonunda Avropada maye qaza tələbat artıb. Hesabata əsasən, 2022-ci ilin yanvar-avqust aylarında dünyada maye qaz ticarətinin həcmi altı faiz artıb.