Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyəti bu həftə Zaporojie AES-ə səfər etməyi planlaşdırır

11:38, 29.08.2022

 

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyəti Ukraynaya səfər edib. Bu barədə agentliyin baş direktoru Rafael Qross sosial şəbəkədə məlumat verir.

“Biz Ukrayna və Avropanın ən böyük nüvə obyektinin təhlükəsizliyini təmin etməliyik. Bu həftənin sonunda Zaporojie AES-ə baş tutacaq bu missiyaya rəhbərlik etməkdən qürur duyuram” – deyə Rafael Qross yazır.

“New York Times”ın yazdığı üzrə, nümayəndə heyəti “neytral ölkələrdən” olan 13 ekspertdən ibarətdir. Media nümayəndə heyətinin tərkibində, ABŞ və Birləşmiş Krallığın nümayəndələrinin olmadığını yazır.

Oxşar