Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyası Kiyevdədir
Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyası Kiyevdədir. Məlumatı “CNN” yayır.
Agentliyin direktoru Rafael Qrossun rəhbərlik etdiyi 14 nəfərlik missiya bu həftənin sonunda Kiyevdən Zaporojie AES-ə yola düşəcək.
BMT-nin agentliyinin missiyası Avropanın ən böyük atom elektrik stansiyasında mövcud vəziyyətin monitorinqini aparmalıdır.
Son bir neçə həftədir Zaporojiedə yerləşən atom elektrik stansiyasının ətrafı tez-tez bombardman edilir və buna görə rus və Ukrayna tərəfləri bir-birini günahlandırır.