Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən verilən məlumatda Ukraynanın 3 nüvə obyektində dırnaq arası “Çirkli bomba” hazırlama izlərinə rast gəlinmədiyi deyilir
Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən verilən məlumatda Ukraynanın 3 nüvə obyektində aparılan təftiş nəticəsində, dırnaq arası “Çirkli bomba” hazırlama izlərinə rast gəlinmədiyi deyilir.
Mütəxəssislər sanksiya qoyulmamış və bəyan edilməmiş nüvə fəaliyyətinin əlamətlərini izləyə bilmədiklərini açıqlayıblar. Bundan əlavə, Atom Enerjisi Agentliyi götürülmüş nümunələrin analizinin davam etdiriləcəyini bildirir.
Ötən həftə Rusiya prezidenti Vladimir Putin Ukraynanın dırnaq arası “Çirkli bomba” hazırladığını açıqlayıb. Kiyevdə Vladimir Putinin ittihamını yalan adlandırıblar. Buna baxmayaraq, Ukraynanın dəvəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri ölkəyə gələrək üç nüvə obyektinə baxış keçiriblər.
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Atom Enerjisi Agentliyinin mütəxəssislərinə əməkdaşlığa görə təşəkkür edib. Kuleba bildirib ki, Rusiya bir daha dünyada bir nömrəli yalançı olduğunu sübut edib.