Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərini İrandan çıxaracaq
Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərini İrandan çıxaracaq

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi təhlükəsizliklə əlaqədar müfəttişləri İrandan çıxarır və bununla da agentlik ilə Tehran arasında əlaqələri kəsir.

Məlumatı “Wall Street Journal” nəşri yayır.

Yayılan məlumata görə, bir qrup agentlik müfəttişi bu gün İranı tərk edərək Vyanaya qayıdır.

Bundan əvvəl İran prezidenti Məsud Fezeşkian Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırdığını bəyan edib.