Bəyaz ev - Suriyəyə hərbi hücum haqqında son qərar hələ verilməyib
Bəyaz ev - Suriyəyə hərbi hücum haqqında son qərar hələ verilməyib

Bəyaz Evin mətbuat katibi Sara Sandersin dediyinə görə, Suriyəyə hərbi hücum haqqında son qərar hələ verilməyib.

Onun bəyanatına görə, ABŞ prezidenti hərbi hərəkatdan başqa versiyaları da müzakirə edir.

Sanders yenə bir dəfə təsdiqlədi ki, Tramp Suriyə və Rusiyayı kimyəvi silahdan istifadə etməklə ittiham edir və düşünmür ki, onun bəyanatı əlavə problem yarada bilər.

Bugün ABŞ-ın Milli Təhlükəsizlik Şurası toplanacaq. Kabinet iclasını Britaniyanın baş naziri Tereza Mey də yığır.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp dünən sosiyal şəbəkə Tvitterdə Rusiyanın ünvanına təhdid postu yaydı.