Beş ildən sonra Norveç Türkiyənin müdafiə sənayesinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırdı
Beş ildən sonra Norveç Türkiyənin müdafiə sənayesinə tətbiq olunan məhdudiyyətləri aradan qaldırdı. Bu haqda məlumatı Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keçeli sosial şəbəkədə yayır.
Norveçin xarici işlər naziri Espen Bart Eide və türk həmkarı Hakan Fidan çərşənbə günü danışıblar, bu zaman Fidan Norveçin qərarı ilə bağlı məlumatlandırılıb. Fidan isə norveçli həmkarına oxşar məhdudiyyətlərin alyansın ruhuna uyğun gəlmədiyini deyib.
Norveçin Xarici İşlər Nazirliyi qeyd edib ki, ölkənin hökuməti müdafiə və Türkiyədə hərbi istifadə üçün ikili təyinatlı əşyalarla bağlı ixracla əlaqədar təcrübəni normallaşdırmaq qərarına gəlib.
Norveç Türkiyənin Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatına görə 2019-cu ildə Türkiyənin müdafiə sənayesinə məhdudiyyətlər qoyan ölkələr sırasında olub.