Berndə Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib
Berndə Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

Berndə Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayır.

Qurumun verdiyi məlumata əsasən, mayın 21-də Gürcüstanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındaki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində “Rustavi” ansamblının konserti keçirilib.

“Qonaqlara Gürcüstanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Şota Qetsadze müraciət edib.

Tədbirdə İsveçrənin federal qurumlarının və İsveçrədə akkreditə olunmuş diplomatik korpusun, həmçinin gürcü diasporunun nümayəndələri iştirak edirdilər.

Qəbul çərçivəsində “Edelweiss” və “EasyJet” aviaşirkətlərinin Cenevrə və Sürixdən Tbilisi istiqamətinə birbaşa uçuş biletləri lotereyada təqdim edildi. Gürcüstan səfirliyi qonaqları gürcü şərabı və yeməkləri ilə ev sahibliyi edib”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.