Berlində avtomobilin kütləyə çırpılması nəticəsində bir nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb
Berlində, Avropanın ən böyük prayd tədbirlərindən birində avtomobilin kütləyə çırpılması nəticəsində bir nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb. Hadisə şəhərin mərkəzi hissəsində, Tirqarten parkının yaxınlığında baş verib.
Berlin polisinin nümayəndəsinin bildirdiyinə görə, ilkin məlumata əsasən Berlində fəaliyyət göstərən islamçı dairələrlə əlaqəsi olan şübhəlinin şəxsiyyəti müəyyən edilib. Şübhəli şəxsin saxlanılması üçün digər federal torpaqlardan gələn polislər də daxil olmaqla, 2200-dən çox hüquq-mühafizə əməkdaşının cəlb olunduğu irimiqyaslı əməliyyat keçirilir.
Hadisədən sonra Tirqarten parkının ərazisi tamamilə bağlanıb. Polisin bildirdiyinə görə, sübutların ətraflı araşdırılması məqsədilə istintaq işləri davam etdiriləcək.
Hadisə yerinə gələn Berlin meri Kay Veqner bunun “azad və açıq cəmiyyətə qarşı bir hücum” olduğunu bəyan edib.