Benyamin Netanyahunun ofisində İsrailin Beynəlxalq Ədalət Məhkəməsinin qərarını şikayət edəcəyini bildirirlər

23:05, 27.11.2024

İsrail Beynəlxalq Ədalət Məhkəməsinin qərarını şikayət edəcək, – bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin yaydığı bəyanatda qeyd edilib.

Baş nazirin bəyanatında deyildiyi kimi, İsrail Haaqa Məhkəməsinin səlahiyyətini rədd edir və Benyamin Netanyahu və İsrailin sabiq müdafiə naziri Yoav Qalanta qarşı həbs orderlərinin legitimliyini tanımır.

Netanyahunun ofisində həmçinin bildirirlər ki, Beynəlxalq Cinayət Məhkəməsi şikayəti təmin etməsə, bu, yalnız İsrailin ABŞ-dakı dostlarına və bütün dünyada Beynəlxalq Cinayət Məhkəməsinin İsrailə qarşı nə qədər qərəzli olduğunu vurğulayacaq.

Noyabrın 21-də Beynəlxalq Ədalət Məhkəməsi Benyamin Netanyahu, Yoav Qalant və “HƏMAS” lideri Mohamed Deif haqqında həbs qərarı çıxarıb.

Oxşar