Benyamin Netanyahunun müşaviri Mark Reqev İsrailin Qəzzanı işğal etməyi planlaşdırmadığını açıqlayıb
Benyamin Netanyahunun müşaviri Mark Reqev İsrailin Qəzzanı işğal etməyi planlaşdırmadığını açıqlayıb

İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Mark Reqev İsrailin Qəzzanı işğal etməyi planlaşdırmadığını açıqlayıb.

Netanyahunun müşaviri Mark Reqev, Netanyahunun müharibə bitdikdən sonra Qəzzada ümumi təhlükəsizliyə İsrailin qeyri-müəyyən müddətə cavabdeh olacağı barədə açıqlamasına münasibət bildirib.

“Biz Qəzza sektorunun hər hansı davam edən işğalından danışmırıq. Biz təhlükəsizliyin təmin edilməsi ilə siyasi nəzarət arasında fərq qoymalıyıq” – Reqev bildirib.

Reqevin fikrincə, müharibə bitdikdən sonra “HƏMAS”ın gücünü bərpa edə bilməməsi vacibdir.

“Biz “HƏMAS”ı məğlub etdiyimiz zaman terrorçu elementin bərpa oluna bilməməsi vacibdir. İsrail təhlükəsizlik qüvvələri orada olmalıdır, lakin bu, İsrailin Qəzzanı yenidən işğal edəcəyi demək deyil, bu, İsrailin Qəzzanı idarə etmək üçün orada olacağı anlamına gəlmir. Əksinə, biz Qəzzə əhalisinin özlərini idarə edə biləcəyi, Qəzzanın yenidən qurulması üçün beynəlxalq dəstəyin olacağı yeni çərçivənin yaradılmasında maraqlıyıq”- deyə Reqev bildirib.