Benyamin Netanyahunun BMT-dəki çıxışı narazı çağırışlarla qarşılandı, nümayəndə heyətlərinin bir hissəsi zalı tərk etdi
İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışını zaldakı iştirakçıların bir hissəsi narazı çağırışlarla qarşıladı, bəzi nümayəndə heyəti etiraz əlaməti olaraq zalı tərk etdi.
Netanyahunun çıxışının əvvəlində bildirdiyi kimi, o, BMT Baş Assambleyasında iştirak etmək fikrində deyildi, çünki onun ölkəsi müharibə vəziyyətindədir və həyat uğrunda mübarizə aparır. Hərçənd, onun dediyinə görə, BMT tribunasından ölkəsi haqqında yalan və böhtan yayıldığı üçün Nyu Yorka getmək qərarı verib.