Benyamin Netanyahu - Prezidentin və birinci xanımın təhlükəsiz olması böyük rahatlıqdır, ABŞ-ın Məxfi Xidmətinin sürətli və qətiyyətli hərəkətini qiymətləndiririk
Sara və mən Prezident Donald Trampa qarşı sui-qəsd cəhdindən şoka düşmüşük, – İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Ev Müxbirləri Assosiasiyasının illik qəbulunda baş vermiş atışmaya belə münasibət bildirib.
“Prezidentin və birinci xanımın təhlükəsiz olması böyük rahatlıqdır. Yaralı polis məmuruna tezliklə sağalmasını arzulayırıq və ABŞ-ın Məxfi Xidmətinin sürətli və qətiyyətli hərəkətini qiymətləndiririk”, – Netanyahu sosial şəbəkədə yazır.
ABŞ-da Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib.