Benyamin Netanyahu ölkənin hərbi potensialının gücləndirilməsi üzərində fəal şəkildə çalışdıqlarını bildirir
Benyamin Netanyahu ölkənin hərbi potensialının gücləndirilməsi üzərində fəal şəkildə çalışdıqlarını bildirir

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin hərbi potensialını gücləndirmək üçün fəal şəkildə çalışdığını bildirib.

Netanyahunun sözlərinə görə, bir neçə həftə əvvəl o, artıq pilotsuz uçuş aparatlarına qarşı xüsusi proqramın yaradılması barədə göstəriş verib.

“Bu, vaxt aparacaq, amma biz bunun üzərində işləyirik”, – deyə İsrail Baş naziri bildirib.

Bununla yanaşı, Benyamin Netanyahu İsrailin “F-35” və “F-15IA” modellərindən ibarət iki eskadrilya alacağını təsdiqləyib.

Onun sözlərinə görə, bu təyyarələr “İsrailin hava üstünlüyünü daha da gücləndirəcək”. Öz istehsalının inkişafından danışan İsrail Baş naziri izah edib ki, növbəti on il ərzində müdafiə büdcəsinə döyüş sursatlarının yerli istehsalı üçün 350 milyard şekel əlavə olunacaq.