Benyamin Netanyahu Nobel Komitəsini tənqid edərək, Donald Trampın Nobel Sülh Mükafatına layiq olduğunu bildirib
İsrailin baş naziri Benyamin Netanyahu Nobel Komitəsini tənqid edib və bildirib ki, Sülh sahəsində Nobel Mükafatına Donald Tramp layiq idi.
“Nobel Komitəsi sülhdən danışır. Prezident Donald Tramp isə bunu həyata keçirir. Faktlar bunu göstərir. Prezident Tramp bunu haqq edir”, – İsrailin baş naziri Benyamin Netanyahu sosial şəbəkədə yazır.
Xatırladaq ki, 2025-ci il Nobel Sülh Mükafatı Venesuelalı müxalif siyasətçi Mariya Korina Maçadoya təqdim edilib. Ağ Ev bu qərarı tənqid edib və bildirib ki, Nobel Komitəsi siyasəti sülhdən üstün tutur.