Benyamin Netanyahu - Mən kabinetə Livanla birbaşa danışıqlara mümkün qədər tez başlamağı tapşırdım
İsrailin Baş naziri Benyamin Netanyahu kabinetinə mümkün qədər tez Livanla danışıqlara başlamağı tapşırdığını bildirir.
“Livanın İsraillə birbaşa danışıqlara başlamaq üçün təkrarlanan xahişini nəzərə alaraq, kabinetimə mümkün qədər tez Livanla birbaşa danışıqlara başlamağı tapşırdım. Danışıqlar “Hizbullah”ın tərksilah edilməsinə və İsrail və Livan arasında dinc münasibətlərin qurulmasına yönələcək”, – deyə Netanyahu bildirib.
Medianın məlumatına görə, ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasına baxmayaraq, İsrail Livana hücumlarını davam etdirir. Ölkənin Baş naziri Benyamin Netanyahunun əvvəllər bildirdiyi kimi, “Hizbullah”a qarşı hücumlar şimali İsrail sakinləri üçün tam təhlükəsizlik təmin olunana qədər davam edəcək.