İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Görüş Floridadakı Mar-a-Laqo iqamətgahında keçirilib.
“Əla görüşümüz oldu”, – Netanyahu sosial şəbəkədə yazır.
İsrail mediasının məlumatına görə, danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner də iştirak edib.
Bununla yanaşı, İsrailin baş naziri sosial şəbəkədə ABŞ-ın müdafiə naziri Pit Heqsetlə görüşünün fotolarını da paylaşıb.
Məlumat üçün bildirək ki, Benyamin Netanyahu daha sonra ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq.