Benyamin Netanyahu Livanda atəşkəs haqqında yayılmış məlumatı təkzib edir
İsrailin Baş naziri Benyamin Netanyahu Livanda atəşkəs haqqında yayılmış məlumatı təkzib edir.
İsrail hökumətinin bəyanatına əsasən, bu, Benyamin Netanyahunun cavab belə vermədiyi Amerika-Fransa təklifidir. Həmçinin, İsrail hökuməti İsrail ordusunun Livanda hücumlarının azalması ilə bağlı yayılmış məlumatı təkzib edir.
Bəyanata əsasən, ölkənin baş naziri orduya zərbələri tam gücü ilə davam etdirmək səlahiyyəti verib və əlavə edib ki, Qəzzada döyüş müharibənin bütün məqsədlərinə nail olunana qədər davam edəcək.
Bununla yanaşı, İsrailin xarici işlər naziri İsrael Kats bildirir ki, atəşkəs olmayacaq, “Hizbullah” terror qruplaşması ilə mübarizə qələbə qazanılana və şimalın sakinləri təhlükəsiz şəkildə geri qayıdana qədər bütün gücü ilə davam edəcək.