Benyamin Netanyahu İsrailin Suriyanın prezident sarayı yaxınlığındakı hərbi obyektə hücum həyata keçirdiyini bildirib

11:12, 02.05.2025

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Suriyanın paytaxtı Dəməşqdə prezident sarayı yaxınlığındakı hərbi obyektə hücum həyata keçirdiyini bildirib.

“Bu, Suriya rejiminə açıq mesajdır, biz Suriya qüvvələrinin Dəməşqin cənubuna yerləşdirilməsinə və ya Druzlar icması üçün hər hansı təhlükəyə icazə verməyəcəyik”, – Netanyahu qeyd edib.

Suriya hakimiyyəti baş vermiş hadisə ilə bağlı hələ şərh verməyib.

İki gün ərzində bu, İsrailin Suriya ərazisində hərbi əməliyyat keçirdiyi ikinci haldır. Cari həftənin əvvəlində Suriyada hərbi qruplaşma ilə Druzlar icmasının nümayəndələri arasında baş verən silahlı qarşıdurmada azı 22 nəfər həlak olub. Qarşıdurmaya, ehtimal ki, Druz kişisinin müsəlmanların peyğəmbəri Məhəmmədi təhqir etdiyi səs yazısının yayılması səbəb olub. Güclü atışma və raket atəşi fonunda Suriya təhlükəsizlik qüvvələri Sahnaya şəhərinin mərkəzinə daxil olaraq, əsasən Druz icmasının üzvlərinin məskunlaşdığı ərazilərə çatıb.

Oxşar