Benyamin Netanyahu - İsrailin əsl dostu Viktor Orbana dərin minnətdarlığımı bildirmək və Peter Magyarı seçkilərdə qələbəsi münasibətilə təbrik etmək istəyirəm
İsrailin Baş naziri Benyamin Netanyahu Macarıstan parlament seçkilərinin nəticələrinə münasibət bildirib və İsrailin Viktor Orbanın dəstəyini heç vaxt unutmayacağını bildirir.
Onun sözlərinə görə, Orban İsrailin əsl dostudur.
“Ədalətsiz beynəlxalq təzyiqlər qarşısında İsrailin yanında möhkəm dayanan və qəddar terrorçulara qarşı apardığımız ədalətli özünümüdafiə müharibəsində İsrail əsgərlərini dəstəkləyən əziz dostum Viktor Orbana dərin minnətdarlığımı bildirirəm. İsrail xalqı bunu əbədi xatırlayacaq”, – deyə o yazır.
Eyni zamanda, Netanyahu “Tisza” partiyasının lideri Peter Magyarı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.
“Peter Magyarı seçkilərdə qələbəsi münasibətilə təbrik edirəm. Ona Macarıstanı irəli aparmaqda və eyni zamanda ölkələrimiz arasında möhkəm əlaqələri gücləndirməkdə uğurlar arzulayıram. İki xalqımızın rifahı naminə əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirəm”, – o yazır.