Benyamin Netanyahu İsrail ordusuna Qəzza zolağının 70 faizini işğal etməyi əmr etdiyini bildirir
Benyamin Netanyahu İsrail ordusuna Qəzza zolağının 70 faizini işğal etməyi əmr etdiyini bildirir

İsrail Baş naziri Benyamin Netanyahu İsrail ordusuna Qəzza zolağının 70 faizini işğal etməyi əmr etdiyini bildirir. O, bu barədə Ein Prat Liderlik Akademiyasının təşkil etdiyi konfransda bildirib.

Netanyahunun iddiasına görə, İsrail hazırda ərəb anklavının 60 faizinə nəzarət edir.

Auditoriya üzvlərindən biri İsrailin Qəzza zolağı ərazisinin “100 faizini” işğal etməli olduğunu səsləndirəndə, Netanyahu “Biz ardıcıl şəkildə irəliləyirik” deyə cavab verib, lakin son hədəfin bu ola biləcəyini də təkzib etməyib.

“İlk 70 faiz. Bununla başlayacağıq”, – Benyamin Netanyahu qeyd edib.

Atəşkəs elan edildikdən sonra İsrail ordusu Qəzza zolağında əlavə ərazilərə nəzarəti təmin edib.