Benyamin Netanyahu - İsrail, onları qəbul edən və kürd vətəndaşlarını qətlə yetirən Ərdoğandan fərqli olaraq, İranın terrorçu rejiminə və onun proksi qüvvələrinə qarşı mübarizəni davam etdirir
İsrailin Baş naziri Türkiyə Prezidentini ölkə daxilində kürdləri öldürməkdə ittiham edir. Bu barədə Benyamin Netanyahu sosial şəbəkədə yazır.
“Mənim rəhbərliyimlə İsrail, onları qəbul edən və kürd vətəndaşlarını qətlə yetirən Ərdoğandan fərqli olaraq, İranın terrorçu rejiminə və onun proksi qüvvələrinə qarşı mübarizəni davam etdirir”, – Benyamin Netanyahu sosial şəbəkədə yazıb.
İsrail mediasının yazdığına görə, Netanyahunun bu paylaşımı ehtimal ki, “Türkiyə prokurorlarının İsrailin Baş naziri və digər yüksək vəzifəli şəxslərə qarşı insanlığa qarşı cinayətlər ittihamı ilə 4596 ilə qədər həbs cəzası tələb etməsi” xəbərinə cavabdır.