Benyamin Netanyahu – İsrail Müdafiə Qüvvələri Livanda lazım olduğu qədər qalacaq, müharibə bitməyib

21:51, 09.07.2026

İsrailin baş naziri Benyamin Netanyahunun bildirdiyinə görə, İsrail Müdafiə Qüvvələri şimal əhalisinin təhlükəsizliyini təmin etmək üçün Cənubi Livandakı təhlükəsizlik zonasında laızm olduğu qədər qalacaq.

Bununla yanaşı, Netanyahu İran məsələsi haqda da danışıb və bir daha bildirib ki, Tehranın nüvə silahına sahib olmasına icazə verilməyəcək.

“Razılaşma ilə ya da razılaşma olmadan, İran nüvə silahı əldə etməyəcək”, – deyə İsrailin Baş naziri bildirib.

Netanyahu qeyd edib ki, bölgədə hələ də təhdidlər mövcuddur və İsrail bütün mümkün ssenarilərə hazırlaşır.

“Müharibə bitməyib. Köhnə çağırışlarla yanaşı, yeni təhdidlər də yaranır. Köhnə ittifaqlar dağılır və yeniləri formalaşır. Biz bir şeyi bilirik – hər zaman düşmənlərimizdən daha güclü olmalıyıq”, – deyə Netanyahu bildirib.

Oxşar