Benyamin Netanyahu - İsrail Donald Trampın tələbi ilə Livanla atəşkəs barədə razılığa gəlib
İsrail Donald Trampın tələbi ilə Livanla atəşkəs barədə razılığa gəlib, – bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu təhlükəsizlik kabineti nazirlərinə bildirib.
“The Times of Israel” qəzetinin yazdığına görə, Netanyahu nazirlərin həmin məsələ ilə bağlı rəsmi səsvermə keçirilməsi tələbini qəbul etmədi.
“İsrailin ən böyük dostu, Prezident Donald Tramp bizimlə sıx əməkdaşlıq edəndə, İsrail onunla əməkdaşlıq edir”, – Netanyahu bildirib.
Medianın məlumatına görə, İsrailin Baş naziri həmçinin bildirib ki, İsrail Müdafiə Qüvvələri bu gecə başlaması gözlənilən on günlük atəşkəs dövründə hazırda nəzarət etdikləri “strateji nöqtələrdə” qalacaqlar.
Medianın xəbər verdiyinə görə, nazirlər atəşkəs barədə məlumatlandırılmadıqlarını və qərarı mediadan öyrəndiklərini bildirərək narazılıqlarını ifadə ediblər.