Benyamin Netanyahu - İran təhlükəsini aradan qaldırmaq üçün əməliyyat lazım olduğu qədər gün davam edəcək
Benyamin Netanyahu - İran təhlükəsini aradan qaldırmaq üçün əməliyyat lazım olduğu qədər gün davam edəcək

İran təhlükəsini aradan qaldırmaq üçün əməliyyat lazım olduğu qədər gün davam edəcək, – bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

İsrail hökuməti rəhbərinin söylədiyinə görə, bu əməliyyat İsraili xilas etmək məqsədi daşıyır.

“Biz İranın nüvə zənginləşdirmə proqramını vurduq, İranın nüvə silahı proqramını vurduq. Hədəfimiz İranın Natanzdakı əsas zənginləşdirmə mərkəzi oldu.İsrail İran bombası üzərində işləyən iranlı alimləri vurdu, həmçinin, biz İranın ballistik raket proqramını vurduq”, – Benyamin Netanyahu bildirib.