Benyamin Netanyahu – İran xalqına müraciət edirəm, siz Xamenei rejimindən İsraildən çox qorxursunuz, ümidinizi itirməyin, İsrail və azad dünyadan digərləri sizinlədir

22:50, 12.11.2024

İsrailin baş naziri Benyamin Netanyahunun bildirdiyinə görə, İranın dini lideri Ayətullah Əli Xamenei rejimi İran xalqını İsraildən daha çox qorxudur. Bu barədə Netanyahu video müraciətində bildirib.

“Dünya artıq gücümüzün yalnız bir hissəsini görüb. Lakin bir şey var – bilirsinizmi Xamenei rejimindən kim İsraildən daha çox qorxur? Bu sizsiniz – İran xalqı. Məhz buna görə də ümidlərinizi basdırmaq və xəyallarınıza manə olmaq üçün çox zaman və pul xərcləyirlər. Sizə müraciət edirəm: Xəyallarınızı tərk etməyin. Ümidinizi itirməyin. Bilin ki, İsrail və azad dünyadan digərləri sizinlədir”, – Netanyahu İran xalqına müraciət edib.

Bununla yanaşı, İsrail baş nazirinin bəyanatına görə, İranın İsrailə üçüncü hücumu İran iqtisadiyyatını iflic vəziyyətinə salacaq. Netanyahunun izah etdiyi kimi, İran yenidən İsrailə hücum edərsə, İsrail İrana əhəmiyyətli iqtisadi ziyan vurmağa çalışacaq.

Oxşar