Benyamin Netanyahu Donald Trampla görüşmək üçün Ağ Evə gəlib
İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampla görüşmək üçün Ağ Evə gəlib. Liderlərin İsrailin Qəzzadakı müharibəsi və Trampın tətbiq etdiyi rüsumlar da daxil olmaqla müxtəlif mövzuları müzakirə edəcəyi gözlənilir.
Bundan əvvəl, Ağ Evdə mətbuat konfransı planlaşdırılırdı, lakin “CNN”in məlumatına görə, o, ləğv edilib.
Donald Trampın iqtisadi məsələlərdə müşaviri Kevin Hassett bildirib ki, iki lider arasında bugünkü görüş yeni tarif siyasəti ilə bağlı xarici ölkənin nümayəndəsi ilə ilk üzbəüz görüş olacaq.