Benyamin Netanyahu – Donald Trampın qətlinə cəhdə görə şoka düşdüm

10:57, 16.09.2024

 
İsrailin Baş naziri Benyamin Netanyahu sosial şəbəkədə yazır ki, o və həyat yoldaşı ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı ikinci dəfə həyata keçirilmiş qətl cəhdinə görə şoka düşüblər.

“Donald və Melaniyaya ən xoş arzularımızı çatdırırıq və ABŞ prezidentliyinə namizədə qarşı bu cür ölümcül hücumların qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyinə ümid edirik” – bəyanatda deyilir.

Oxşar