Benyamin Netanyahu - Bofortun ələ keçirilməsi siyasətimizdə dramatik bir dönüş nöqtəsidir, indi mənim direktivim "Hizbullah"ın nəzarəti altında olan ərazilərdə nəzarəti genişləndirməkdir
İsrail Baş naziri Benyamin Netanyahu Livanın cənubundakı İsrail qüvvələri tərəfindən Bofort qalasının ələ keçirilməsini “dramatik dönüş nöqtəsi” adlandırıb.
“Bofortun ələ keçirilməsi siyasətimizdə dramatik bir mərhələ və dönüş nöqtəsidir. İndi mənim direktivim “Hizbullah”ın nəzarəti altında olan ərazilərdə nəzarətimizi dərinləşdirmək və genişləndirməkdir”, – Netanyahu qeyd edir.
İsrailin baş nazirinin bildirdiyinə görə, onlar Boforta əvvəlkindən daha vahid və daha güclü şəkildə qayıdıblar.
“Biz bütün cəbhələrdə – Suriyada, Qəzzada və Livanda fəaliyyət göstəririk. İcmalarımızı qorumaq üçün sərhədlərimizdən kənarda təhlükəsizlik zonaları yaratmışıq”, – deyə İsrailin Baş naziri bildirib.