Benyamin Netanyahu – Biz İsrailin təhlükəsizliyi üçün nə lazımdırsa, onu edirik, zərurət yarandıqda ən yaxın dostlarımıza belə qarşı çıxmağı bacarırıq və bunun necə edilməli olduğunu bilirik
İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, nə qədər ki o, İsrailin Baş naziridir, İranın heç vaxt nüvə silahı olmayacaq.
“İran regiondakı və regiondan kənardakı bütün ölkələrə hücum edir, lakin yalnız bir tək ölkəyə, İsrail dövlətinə hücum etmir. İndiyədək hücum etməyib, bəlkə də hücum edə bilər, lakin uzun həftələr keçib və yenə də hücum etməyib, çünki bilir ki, belə edəcəyi təqdirdə məhvedici zərbə alacaq”, – deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, o, Donald Trampa qarşı çox böyük hörmət bəsləyir, lakin İsrail ölkəsi üçün nə lazımdırsa, onu da edəcək.
“Prezident Trampa böyük hörmətim var. O, Ağ Evdə bizim yaxşı dostumuzdur. İranın nüvə silahı əldə etmək səylərinə qarşı ABŞ ilə tarixi tərəfdaşlığı qiymətləndirirəm. Vurğulamaq istəyirəm ki, razılaşma ilə və ya razılaşma olmadan, baş nazir olduğum müddətcə İran heç vaxt nüvə silahına sahib olmayacaq. Bizə nəsihət verənlərdən fərqli olaraq, İsrailin təhlükəsizliyi üçün nə lazımdırsa, onu edirik. Biz zərurət yarandıqda ən yaxın dostlarımıza belə qarşı çıxmağı bacarırıq və bunun necə edilməli olduğunu bilirik”, – Netanyahu bildirib.