Benyamin Netanyahu – Biz İsrailə və İsrailin vətəndaşlarına yönəlmiş yüzlərlə raket və silahı məhv edirik
İsrailin baş naziri Benyamin Netanyahunun bildirdiyinə görə, İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın raketlərini məhv etməklə “şimalda güc balansını dəyişmək” üçün hərəkət edir.
Netanyahuqeyd olunan barədə Tel-Əvivdəki Kirya hərbi qərargahının komanda otağında bildirdi.
“Hələ başa düşməyənlər üçün bir daha izah etmək istəyirəm – biz təhlükə gözləmirik, biz onun əvvəlcədən, istənilən vaxt və yerdə qarşısını alırıq. Bizə zərər verməyə çalışanlar daha çox zərər görəcəklər. Söz verdim ki, biz təhlükəsizlik balansını, qüvvələr balansını Şimalda dəyişəcəyik. Məhz biz indi bunu edirik. Biz İsrailə və İsrail vətəndaşlarına yönəlmiş yüzlərlə raket və silahı məhv edirik”, – Netanyahu bildirib.