Benyamin Netanyahu - biz dedik ki, Fələstin dövləti olmayacaq, yaranmayacaq, bu torpaq bizimdir
Benyamin Netanyahu - biz dedik ki, Fələstin dövləti olmayacaq, yaranmayacaq, bu torpaq bizimdir

Fələstin dövləti mövcud olmayacaq, – bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahunun söylədiyinə görə, ərazi İsrailə məxsusdur.

“Biz Fələstin dövlətinin mövcud olmayacağını dedik. Doğrudan da, o yaradılmayacaq! Bu yer bizə məxsusdur. Biz öz mirasımıza, torpağımıza və onun təhlükəsizliyinə qayğı göstərəcəyik”, – Netanyahu bildirib.

Bununla yanaşı, İsrailin Baş naziri Adumim yaşayış məntəqəsinin gözlənilən genişlənməsini də elan etdi.

“Adumim yaşayış məntəqəsi ikiqat artacaq. Beş ildə burada 70 min insan olacaq. Bu, çox böyük bir dəyişiklik olacaq”, – Netanyahu qeyd edib.

Məlumat üçün bildirək ki, iyul ayında Fransa, Kanada və Böyük Britaniya liderləri sentyabrda BMT Assambleyasında Fələstin dövlətini tanıyacaqlarını bəyan etdilər. Bu qərarı İsrailin Xarici İşlər Nazirliyi pislədi və Kanada hökumətinin mövqe dəyişikliyini “HƏMAS”a verilmiş mükafat adlandırdı. Nazirlik həmçinin qeyd etdi ki, bu mövqe Qəzzada atəşkəsə nail olmaq və girovların azad edilməsinə yönəlmiş səylərə mane olacaq.