Benyamin Netanyahu altıncı dəfə İsrailin Baş naziri vəzifəsini tutub
Benyamin Netanyahu altıncı dəfə İsrailin Baş naziri vəzifəsini tutub

 

İsrailin yeni hökuməti var. Benyamin Netanyahu altıncı dəfə İsrailin Baş naziri vəzifəsini tutub. 120 yerlik Knessetdə 63 deputat İsrailin yeni hökumətini dəstəkləyib.

İsrailin 37-ci hökumətinin rəhbəri ölkədə 2019-cu ildən bəri beş seçki keçirilməsindən sonra onun sağçı-dini koalisiyasının siyasi sabitliyi qoruyub saxlayacağını bildirib.

Netanyahu İsraildə ən uzun müddət, 15 ildən çox ölkə idarəçiliyindədir. Media Benyamin Netanyahunun sağçı “Likud”unun müttəfiq ultrasağ və ultra-ortodoks partiyalarla ölkənin ən sərt xəttini daşıyan hökumət olacağına dair məlumat yayır.

“Likud” və onun beş müttəfiq partiyası arasında imzalanmış koalisiya sazişlərinə əsasən, gələcək hökumət siyasi və məhkəmə qüvvələri arasında balans quracaq hərtərəfli məhkəmə islahatına, eləcə də məskunlaşmanın genişləndirilməsinə, İordan çayının qərb sahilinin mümkün ilhaqına və dövlət yəhudi xidmətlərinə ultra-ortodoks nəzarətinin daha da mərkəzləşdirilməsinə üstünlük verir.

Netanyahu yeni hökumət üçün üç əsas prioritet təqdim etdi: İranın nüvə proqramını dayandırmaq, dövlət infrastrukturunu inkişaf etdirmək – dırnaq arası periferiyanı ölkənin mərkəzi ilə birləşdirmək və İsrailin daxili təhlükəsizliyini və idarəçiliyini bərpa etmək.

İsrailin yeni hökumətindəki 31 nazirdən yalnız 5-i qadındır.