Belçikanın Baş Naziri Böyük Britaniyaya gəlib, burada digər məsələlərlə yanaşı, Ukraynaya yardım məqsədilə dondurulmuş Rusiya aktivlərinin istifadəsi barədə Kir Starmer ilə danışıqlar aparacaq
Belçikanın Baş Naziri Böyük Britaniyaya gəlib, burada digər məsələlərlə yanaşı, Ukraynaya yardım məqsədilə dondurulmuş Rusiya aktivlərinin istifadəsi barədə Kir Starmer ilə danışıqlar aparacaq

Belçikanın Baş naziri Bart de Vever Böyük Britaniyadadır. O, Böyük Britaniyanın baş naziri Kir Starmer ilə danışıqlar aparacaq.

“The Guardian”ın yazdığına görə, iki ölkə liderləri görüş zamanı miqrasiya, təhlükəsizlik, iqtisadi məsələlər və dondurulmuş Rusiya aktivlərinin Ukraynaya kömək məqsədilə istifadəsini müzakirə edəcəklər.

Belçika Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən Ukraynanı maliyyələşdirmək üçün istifadə etmək planına qarşıdır. Məhz dondurulmuş Rusiya aktivlərinin əksəriyyəti Belçikada saxlanılır. Medianın məlumatına görə, Kir Starmerin “İstəklilər Koalisiyası”nın həmsədri kimi Almaniya kansleri Fridrix Mertsin arqumentlərindən istifadə edərək cari həftə planlaşdırılan Avropa İttifaqı sammiti öncəsi Belçikaya müəyyən təzyiq göstərməkdə davam edəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, Almaniya kansleri Fridrix Merts bildirib ki, dondurulmuş Rusiya aktivlərini ABŞ deyil, Ukrayna almalıdır.