Belçikada NATO-nun hərbi obyektində təcrübə keçən çin mənşəli Kanada vətəndaşı casusluq ittihamı ilə saxlanılıb
Belçikada NATO-nun hərbi obyektində təcrübə keçən Kanada vətəndaşı casusluq ittihamı ilə saxlanılıb. Bu barədə “Reuters” agentliyi məlumat yayır.
Belçika Prokurorluğunun məlumatına görə, cinayətkar təşkilata üzv olmaqda və üçüncü ölkənin xeyrinə casusluq etməkdə ittiham olunan, Çin əsilli Kanada vətəndaşı olan bir qadın saxlanılıb.
Prokurorluğun məlumatına görə, şübhəli şəxs NATO-nun Belçikanın Mons şəhərində yerləşən əsas hərbi qərargahlarından biri olan SHAPE-də təcrübə keçirdi.
Hazırda istintaq orqanı saxlanılan şəxsin kimliyini və işin digər təfərrüatlarını açıqlamır.