Belçika polisinin yaydığı məlumatda bildirilir ki, Avropa Parlamentində antikorrupsiya istintaqı çərçivəsində 1,5 milyon avro müsadirə edilib

18:28, 13.12.2022

 

Belçika polisinin yaydığı məlumatda bildirilir ki, Avropa Parlamentində antikorrupsiya istintaqı çərçivəsində 1,5 milyon avro müsadirə edilib.

“BBC”nin məlumatına görə, Belçika polisi götürülən pulların fotosunu da yayıb.

Bununla yanaşı, Belçika Prokurorluğunun məlumatında iki gün ərzində on doqquz yerdə axtarış aparıldığı deyilir. Şübhəlilərdən birinin evindən 600 min avro, Avropa Parlamentinin deputatının mənzilindən 150 min avro, pulların çamadana qoyulduğu Brüsseldəki mehmanxanadan daha 750 min avro götürülüb.

Xatırladaq ki, Belçika polisi antikorrupsiya istintaqı çərçivəsində dörd nəfərə, o cümlədən Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kayliyə qarşı ittiham irəli sürüb. Onlar rüşvət almaqda, çirkli pulların yuyulması və cinayətkar təşkilata üzv olmaqda ittiham olunurlar.

Oxşar