Bələdiyyə İnkişaf Fondu Hökumət şəhərinin baş planının və eskiz layihələrinin hazırlanması üçün müsabiqə elan edib
İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu Hökumət şəhərinin baş planının və eskiz layihələrinin hazırlanması üçün müsabiqə elan edib. Bu barədə İnfrastruktur Nazirliyi məlumat yayır.
Onların məlumatına görə, iri şmiqyaslı layihə Tbilisidə, Qedevanişvili küçəsi yaxınlığında yerləşən Arsenal təpəsində həyata keçiriləcək.
“Hökumət şəhəri layihəsinin məqsədi dövlət xidmətlərinin əlçatanlığını artırmaq, müasir və vahid məkan yaratmaq, nazirliklərarası koordinasiyanı gücləndirmək və optimallaşdırmaqdır, həmçinin dövlət və ictimai əhəmiyyətli tədbirlərin fasiləsiz keçirilməsini təmin etmək. Baş plan ərazinin funksional bölgüsünü, nəqliyyat və mühəndis infrastrukturlarının təhlükəsiz və rasional inkişafını, şəhərin mövcud şəbəkəsi ilə tam inteqrasiyasını, həmçinin landşaft planlaşdırması və abadlıq məsələlərini əhatə etməlidir.
Layihə çərçivəsində ən yüksək nümayəndəli və icra orqanlarının yerləşdiyi zonalar, dövlət idarəçiliyi mərkəzi və sahəvi orqanlarının ofis sahələri və açıq və qapalı tədbir sahələri müəyyən edilməlidir. Yeraltı və yerüstü avtonəqliyyat, dayanacaq, istirahət və yaşıllaşdırma zonaları, texniki avadanlıq və mühəndislik kommunikasiyaları üçün dəstəkləyici infrastruktur nəzərə alınmalıdır.
Hökumət şəhərinin ərazisində Parlament binası, Hökumət Administrasiyası, Xarici İşlər, İnfrastruktur, Regional İnkişaf, Əmək, Səhiyyə və Sosial Müdafiə, İqtisadiyyat və Dayanıqlı İnkişaf, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı, Təhsil, Elm və Gənclər və Mədəniyyət nazirlikləri yerləşməlidir. Həmçinin Tbilisi Şəhər Meriyası, Xüsusi Dövlət Mühafizə Xidməti və Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Naziri aparatı yerləşməlidir.
Layihəöncəsi tədqiqatlar ərazinin tam öyrənilməsini, mövcud bina və qurğuların texniki vəziyyətinin qiymətləndirilməsini, topoqrafik və geoloji tədqiqatları, həmçinin mühəndis kommunikasiyalarının analizini əhatə edir. Şəhərin baş planının və eskiz layihələrinin hazırlanması üçün elan edilmiş bazar tədqiqatı haqqında ətraflı məlumat Bələdiyyə İnkişaf Fondunun rəsmi veb səhifələrində mövcuddur”, – İnfrastruktur Nazirliyinin yaydığı məlumatda deyilib.