Belarusda nüvə silahının döyüş tətbiqi və nüvə təminatı bölmələrinin təlimləri başlayıb
Belarusda nüvə silahının döyüş tətbiqi və nüvə təminatı bölmələrinin təlimləri başlayıb

Belarusda nüvə silahının döyüş tətbiqi və nüvə təminatı bölmələrinin təlimləri başlayıb.

Belarus Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, təlimlərin məqsədi “silah, hərbi və xüsusi texnikanın tapşırıqların icrasına hazırlığının yoxlanılması və planlaşdırılmamış rayonlardan döyüş tətbiqinin təşkilidir”.

Əsas diqqət gizli fəaliyyətlər, uzaq məsafələrə yerdəyişmə, qüvvə və vasitələrin tətbiqi üçün zəruri olan işlərin aparılması kimi məsələlərin işlənilməsinə yönəldiləcək. Təlimlər Rusiya tərəfi ilə birlikdə keçirilir və onlarla “nüvə döyüş sursatlarının çatdırılması və onların istifadəyə hazırlanması məsələlərinin işlənilməsi planlaşdırılır”.

Belarus Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər planlı xarakter daşıyır, “üçüncü ölkələrə qarşı yönəlməyib və regional təhlükəsizlik üçün təhlükə yaratmır”.

Məlumat üçün bildirək ki, Rusiya prezidenti 2023-cü ilin mart ayının sonunda Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdiriləcəyini bildirdi. O, həmçinin qeyd edib ki, Belarusda artıq “İskander” raket kompleksi və taktiki nüvə silahı daşıya bilən “aTi” tipli təyyarələr yerləşdirilib.