Belarus Televiziyasının sədri Gürcüstanın Birinci Kanalının direktoruna ev sahibliyi etdi (video)
Belarus İctimai Televiziyasının sədri Marat Markov, ictimai-siyasi verilişlərinin prodyuserləri və aparıcıları Gürcüstanın Birinci Kanalının rəhbərliyinə ev sahibliyi etdilər. Görüşdə Gürcüstanın Belarusdakı səfiri, Valeri Kvaratsxeliya da iştirak edirdi.
Görüşdə söhbət iki ölkə televiziyasının işinə, gələcək planlara və əməkdaşlığa aid oldu. Birinci Kanalın nümayəndələrinin imkanları var idi ki, studiyaları gözdən keçirsinlər və kanalın işi ilə tanış olsunlar.
Gürcüstanın Birinci Kanalının baş direktoru, Vasil Mağlaperidzenin bəyan etdiyinə görə, belarus həmkarlarıyla sıx əməkdaşlıq planlaşdırırlır.
Gürcüstanın Belarusdakı səfiri Valeri Kvaratsxeliya, Gürcüstanın Birinci Kanalının rəhbərliyinə Minskə qonaq olduqlarına görə, minnətdarlığını bildirdi.
Xatırladaq ki, artıq ikinci ildir, Belarusda Gürcüstan Günləri keçirilir. Tədbir çərçivəsində Minskdə “Gürcü Evi” açıldı və Tbilisoba Bayramı keçirildi.