Belarus Müdafiə Nazirliyində silahlı qüvvələrin hazırlığını yoxladıqlarını açıqlayırlar

13:43, 13.12.2022

 

Belarusda silahlı qüvvələrin hazırlığı yoxlanılır. Belarus Müdafiə Nazirliyinin verdiyi məlumatda gözlənilməz yoxlamanın prezident Aleksandr Lukaşenkonun əmri ilə başladığı deyilir.

“Tədbir mürəkkəb xarakter daşıyacaq. Belarus Silahlı Qüvvələri ən qısa müddətdə əvvəlcədən müəyyən edilmiş ərazilərdə yerləşdirilməli və onların mühəndis-texniki təchizi, eləcə də müdafiənin təşkili və Neman və Berezina çaylarında keçidlərin təşkili təmin edilməlidir” – deyə Belarusun Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məlumatda həmçinin qeyd olunub ki, silahlı qüvvələrin döyüş hazırlığının yoxlanılması çərçivəsində hərbi texnikanın və canlı qüvvənin yerdəyişməsi, bəzi yollarda və ümumi istifadədə olan ərazilərdə vətəndaşların hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulur.

Oxşar