Belarusun Müdafiə Nazirliyi Silahlı Qüvvələrin birləşmələrinin və hərbi hissələrinin hazırlıq yoxlanışına başlandığını bildirib
Belarusun Müdafiə Nazirliyi Silahlı Qüvvələrin birləşmələrinin və hərbi hissələrinin hazırlıq yoxlanışına başlandığını bildirib.
Müdafiə Nazirliyinin məlumatına görə, yoxlama zamanı əsas diqqət aviasiya və hava hücumundan müdafiə qüvvələrinin hazırlığı və tapşırıqları yerinə yetirmək qabiliyyətinə yönəldilib.
Nazirlik əhaliyə xəbərdarlıq edir ki, hərbi texnikanın hərəkəti ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyula bilər.
Xatırladaq ki, avqust ayında Ukrayna ilə həmsərhəd olan Belarusun Brest vilayətində Daxili İşlər Nazirliyinin təlimləri keçirilib.